Türkiyə və Ermənistanın xüsusi nümayəndələri növbəti görüş keçirəcəklər.
KONKRET.az xəbər verir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan sabah Ermənistan-Türkiyə sərhədində danışıqların 5-ci raundunu keçirəcək.
Görüşün səhər saatlarında baş tutacağı gözlənilir. Müzakirələr sərhədin Türkiyə tərəfində davam edəcəyi planlaşdırılır.
Natiq Səlim,
KONKRET.az