Türkiyə XİN-dən BMT-nin qərarına ETİRAZbackend

Türkiyə XİN-dən BMT-nin qərarına ETİRAZ

Şimali Kiprdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Qüvvələrinin qalma müddəti daha 6 ay uzadılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə XİN BMT-nin 29 yanvar 2021-ci ildə sözügedən məsələ ilə bağlı qəbul etdiyi 2561 saylı qərarla bağlı Şimali Kipr Türk Respublikası tərəfindən yaylan açıqlamanı dəstəkləyir: “BMT Sülhməramlı Qüvvələrinin adadakı mövcudluğu ilə əlaqədar Şimali Kipr səlahiyyətlilərinin fikri yenə də nəzərə alınmayıb. Bu vəziyyət BMT prinsiplərinə ziddir. Digər tərəfdən, BMT Baş Katibinin 8 Yanvar 2021-ci il tarixli sülhməramlı missiya haqqında hesabatında heç bir həll modelinə istinad edilməyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*