Türkiyənin Denizli bölgəsində ardıcıl üç zəlzələ baş verib.
KONKRET.az bu barədə “Haber Global”a istinadən xəbər verir.
Denizlinin Pamukkale rayonunda ilk zəlzələ yerli vaxtla 03:21-də qeydə alınıb.
3.5 bal gücündəki zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.
3.6 və 3.7 bal gücündə zəlzələlər isə müvafiq olaraq yerli vaxtla 03:46 və 04:33-də baş verib.
