Türkiyədə fabrikdə partlayış oldu – İki fəhlə öldübackend

Türkiyədə fabrikdə partlayış oldu - İki fəhlə öldü

Türkiyənin Qaziantep şəhərində Birinci Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən eskalator və avtomobil avadanlığı istehsal edən fabrikdə baş verən partlayış nəticəsində iki fəhlə ölüb.

KONKRET.az xəbər verir ki, məlumatı “CNNTürk” yayıb.

Məlumata görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən, xilasecici və polis əməkdaşı cəlb edilib.

Partlayışın səbəbi məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*