Türkiyədə on gündən yuxarıdır itkin düşən 8 yaşlı qızın əmisi həbs olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, avqustun 21-də itkin düşən 8 yaşlı Narın Güranın axtarışları davam edir.
Qeyd olunub ki, aparılan istintaq tədbirləri nəticəsində azyaşlının əmisi və icra nümayəndəsi məhkəmə qərarı ilə həbs olunub.