Türkiyədə koronavirusdan daha 144 nəfər öldübackend

Türkiyədə koronavirusdan daha 144 nəfər öldü

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 144 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5856 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5811, ağır xəstələr isə 1962 nəfər olub ki, bu da əvvəlki rəqəmlərlə müqayisədə 60 faiz təşkil edir.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirusdan 24 933 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*