Türkiyədə maşınlar sel suları altında qaldıbackend

Türkiyədə maşınlar sel suları altında qaldı

Əlverişsiz hava şəraiti Anadolu coğrafiyasında böyük problemlər yaratmaqdadır. Türkiyənin bir tərəfində qarlı şaxtalı həyat, digər yerlərində isə yağış və leysanlı günlər yaşanır.

KONKRET.az xəbər verir ki, Hatay şəhərinin Antakya rayonu da sel sularına təslim olub. Güclü külək evlərin çardağını atıb. Rayonun Kuzeytəpə məhəlləsində yolları sel basması səbəbindən çox sayda avtomobil, o cümlədən şəhərdaxili avtobuslar su altında qalıb.

Güclü daşqın sütunların altını yuyaraq bir körpünü sıradan çıxarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*