Türkiyədə məktəblər bu tarixdə açılacaqbackend

Türkiyədə məktəblər bu tarixdə açılacaq

Orta məktəblərin fevralın 15-dən ənənəvi qaydada fəaliyyət göstərəcəyi planlaşdırılır.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Ziya Selçuk “CNN Türk” televiziyasında qonaq olarkən bildirib. Nazir bildirib ki, son qərar Səhiyyə Nazirliyi, Elmi Şura və Prezidentin rəhbərliyi altında Kabinetin qəbul edəcəyi qərarlardan asılı olacaq.

O qeyd edib ki, 2 gün ənənəvi, 2 gün distant təhsil sistemi ilə məktəblərdə tədris bərpa olunur:

“Fevralın 15-də məktəblərin açılması ilə bağlı prisipial qərar qəbul edilib. 15 fevraldan 10 gün əvvəl aydın mənzərə qarşımıza çıxar”,- deyə o, bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*