Türkiyənin Hatay şəhərində göyərtəsində 105 sərnişin olan Türk Hava Yollarına (THY) məxsus təyyarənin təkəri eniş zamanı sıradan çıxıb.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə daşıyıcı şirkət məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
“İçində 105 sərnişin olan təyyarə İstanbul-Hatay marşrutu ilə uçurdu. Eniş zamanı istidən laynerin təkərlərindən biri partlayıb. Yanğınsöndürmə briqadaları sürətlə şassiləri soyutmağa çalışıblar. Sərnişinlər və heyət təhlükəsiz şəkildə təxliyyə edilib. Xəsarət alan yoxdur”, – Türk Hava Yollarının sözçüsü Twitter səhifəsində yazıb.
İqbal Rzayev,
KONKRET.az
