Türkiyədə yük gəmisi BATDIbackend

Türkiyədə yük gəmisi BATDI

Türkiyənin Hatay vilayətində yük gəmisi batıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Hatayın İskenderun rayonunda baş verib.

Bildirilib ki, Toqo bayrağı altında üzən “Sea Eagle” gəmisi yükünü boşaltmaq üçün yanaşdığı limanda su alaraq batıb. Gəmi heyəti qısa zamanda təxliyə edilib.

Təhlükəsizlik tədbirlərinin alındığı bölgədə gəmidəki konteynerlərin quruya çıxarılması işləri aparılır.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*