Türkiyədəki sorğuda Azərbaycan birinci oldu – REYTİNQbackend

Türkiyədəki sorğuda Azərbaycan birinci oldu - REYTİNQ

“Public Status” Araşdırma və Məsləhət Xidmətinin Türkiyədə keçirdiyi sorğunun nəticələri bəlli olub.

KONKRET.az xəbər verir ki, sorğunun məqsədi sıravi türklərin Türkiyənin dostu kimi qəbul etdikləri ölkələrin adlarını öyrənmək olub.

Həmin sorğuya görə, artıq türklərin hansı ölkələri dost hesab etdikləri məlumdur.

Siyahıda Azərbaycan birinci pillədə göstərilib. (32.11% göstərici ilə)

İkinci yerdə Qətər qərarlaşıb. – 14,61 faiz. Ancaq üçüncü yer bir az təəccüblü olsa da, Rusiya Federasiyasını da türklər özlərinə yaxın hesab edirlər. (13,58%).

Dördüncü yerdə 7.60 faiz  göstərici ilə Pakistan tutub. Türklər üçün, əlbəttə, Şimali Kipr Türk Cümhuriyyəti digər ölkələrdən yaxın olsa da, siyahıda aşağı yeri tutub. (7%).

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*