Türkiyədən diqqətçəkən həmlə – “Ağrı Dağı” əməliyyatı başladıbackend

Türkiyədən diqqətçəkən həmlə - “Ağrı Dağı” əməliyyatı başladı

1040 personalın iştirakı ilə “Ərən-3 Ağrı Dağı” əməliyyatının başladığı açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin verdiyi açıqlamaya görə, PKK/KCK terror təşkilatının ölkədəki ünsürlərini zərərsizləşdirmək və tamamilə bitirmək üçün yanvarın 11-dən başlayan əməliyyatlar davam edir.

Bu çərçivədə Təndürək və Licədən sonra “Ərən-3 Ağrı Dağı” əməliyyatına da start verilib.

Əməliyyatda jandarma komandoları, jandarma xüsusi əməliyyatları, polis xüsusi əməliyyatları və təhlükəsizlik qüvvələrindən ibarət 59 əməliyyat qrupu, 1040 personal iştirak edir. (teleqraf.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*