Türkiyədən dünyaya MESAJ: “Azərbaycana təhdid yaratsanız, Ermənistana ən yaxın məsafədən daxil olacağıq”backend

Türkiyədən dünyaya MESAJ: “Azərbaycana təhdid yaratsanız, Ermənistana ən yaxın məsafədən daxil olacağıq”

Türkiyənin Ermənistanla sərhəddə yerləşən Ağrı dağında modul tipli hərbi baza tikməsi haqda xəbər əməlli-başlı səs-küyə səbəb olub. Bu xəbərdən nəinki ermənilər, hətta onlara havadarlıq edənlər də təşvişə düşüblər. Bəs görəsən Türkiyənin Ermənistanla sərhəddə hərbi baza tikməsi bizə hansı dividentlər qazandıra bilər?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, indiki məqamda Türkiyə Ermənistanla sərhəddə hərbi baza tikməklə terrorla mübarizədə son illərdə qazandığı uğurları daha da inkişaf etdirmək istəyir: “Nəzərə almalıyıq ki, PKK terrorunun bir qolu, eləcə də  əsas kamplarından biri Ermənistan ərazisində yerləşir. Bu isə regiona narahatlıq gətirən ciddi amillərdən hesab olunur. PKK-nın kamplarının orada olması, Türkiyənin Ermənistanla sərhəddə hərbi baza tikməsini labüd edir və bununla həm də İrəvana mesaj verilir. Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı son dövrlər bəzi dövlətlər (Fransa, İran və sairə) tərəfindən təhdidlər gəlir ki, Türkiyənin modul tipli hərbi baza tikməsi həmin ölkələrə də mesaj olacaq”.

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir”  | 1news.az | Xəbərlər

Politoloq əlavə edib ki, Ankaranın hərbi baza tikməsi nəticəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri ilə Türkiyə hərbçiləri Ermənistanla sərhəddə birgə hərbi təlim keçirə biləcək: “Həmçinin Türkiyə hərbi baza tikməklə, “burada biz varıq, əgər Azərbaycana təhdid yaratsanız, Ermənistana ən yaxın məsafədən daxil olacağıq” mesajını bütün dünyaya çatdırır. Bu da böyük bir müharibənin yaranmasına yol aça bilər. Bu hərbi baza həmçinin Türkiyə hərbçilərinin bütün iqlim şəraitində fəaliyyətinə bir növ stimul vermiş olacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

  • Vuqar
    Yanvar 8, 2023 - 15:26

    Əhsən TURKİYƏ!❤️

  • Elsad
    Yanvar 8, 2023 - 18:33

    Türkiyənin indiki İqtidarı Azərbaycan respublikasın hər zaman dəstəkləyib və Türk dünyasının Öndəri olub

  • Əliağa
    Yanvar 9, 2023 - 02:27

    Nə qədər ki, Türkiyə dövlətinin rəhbəri Ərdoğandı Azərbaycana heç bir zaman hansısa ölkə hünər edib nəsə edə bilməyəcək. Heç sanksiyada qoya bilməyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*