backend

Türkiyədən sonra Azərbaycanda yanacağın qiyməti artacaqmı?

Fikrət Yusifov

Fikrət Yusifov: “Türkiyədə qiymətlərin artırılmasının, Azərbaycana hər hansı bir formada təsir edəcəyi gözlənilən deyil”

Qonşu Türkiyədə benzin, dizel yanacağı və LPG qazının qiyməti  bahalaşacaq. Yerli KİV-lərin yaydığı məlumata əsasən benzinin qiyməti 16, dizel yanacağının qiyməti 11, LPG-nin qiyməti isə 5 qəpik artacaq. Qonşu Türkiyədə yanacağın qiymətinin artacağı xəbəri Azərbaycanda da, eyni addımın atılacağı haqda şayiələrə səbəb olub.

Bəs görəsən Azərbaycanda yanacağın qiymətində artım gözlənilirmi?

Konkret.az-ın ünvanladığı sualı sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov cavablandırıb. Ekspert bildirib ki, yanacağın qiymətini qaldırmaq Türkiyənin daxili işidir: “Ancaq Türkiyədə qiymətlərin artırılmasının, Azərbaycana hər hansı bir formada təsir edəcəyi gözlənilən deyil. Bizdə yanacağın qiymətinin dəyişməsi ehtimalı faktiki olaraq yoxdur. Ona görə də Türkiyədə yanacağın qiymətinin artmasının Azərbaycanla hər hansı bir əlaqəsinin olması real deyil və inandırıcı görünmür”.

Fikrət Yusifov əlavə edib ki, Azərbaycan Türkiyədən fərqli olaraq neft ölkəsidir: “Bu səbəbdən də istər-istəməz iki ölkənin baxışları fərqlidir. Xüsusən də bu gün ölkədə neft məhsullarının və yanacağın qiymətinin qalxması ehtimalı praktiki olaraq sıfıra bərabərdir”.

 

Müşfiq Əhmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*