Türkiyədən TƏKLİF: “Azovstaldakı yaralıları təxliyə etməyə hazırıq”backend

Türkiyədən TƏKLİF: "Azovstaldakı yaralıları təxliyə etməyə hazırıq"

Türkiyə Azovstaldan yaralıları təxliyə etməyə hazır olduğunu açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə hakimiyyəti “Azovstal” zavodunda olan yaralı ukraynalı hərbçilərim təxliyəsi üçün gəmi göndərməyə hazır olduğunu bəyan edib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın isə bu məsələdə hələlik razılıq olmadığını bildirib.

“Əgər bunu etmək mümkünləşsə, şad olarıq. Biz hazırıq. Gəmimiz yaralı hərbçiləri və mülki insanları Türkiyəyə çatdırmağa hazırdır”, – Kalın vurğulayıb.

Qeyd edək ki, Ankaranın planına əsasən, Azovstaldan təxliyə edilənlərin Berdyansk limanına göndərilməsi nəzərdə tutulur. Oradan isə Türkiyə gəmisi yaralıları İstanbula çatdıracaq. Kalının sözlərinə görə, Ərdoğan bu təklifi Vladimir Zelenski ilə müzakirə edib. Lakin hələlik müzakirə “masada qalır”.

Kremldə isə bildirirlər ki, zavoddakı hərbçilər silahlarını yerə qoymalı və təslim olmalıdırlar.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*