Türkiyənin əhalisi nə qədərdir? – STATİSTİKAbackend

Türkiyənin əhalisi nə qədərdir? - STATİSTİKA

Türkiyə əhalisi 2020-ci ildə 459 min 365 nəfər artaraq 83 milyon 614 min 362 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb.

Açıqlamada 1 yanvar 2020-ci ildə ölkə əhalisinin 83 milyon 154 min 997 olduğu və hazırda isə bu rəqəmin 83.6 milyonu keçdiyi qeyd olunub.

Əhali üzrə kişi və qadınların faiz nisbəti müvafiq olaraq 50,1% (41 915 985) və 49,9 % (41 698 377) təşkil edir.

Həmçinin son statistikaya görə, Türkiyədə son bir il ərzində şəhər əhalisinin faiz nisbəti artaraq 92,9 faizdən 93 faizə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*