Türkiyənin ən böyük istilik elektrik stansiyasında YANĞINbackend

Türkiyənin ən böyük istilik elektrik stansiyasında YANĞIN

Türkiyənin ən böyük istilik elektrik stansiyası olan Afşin-Elbistan B İES-də yanğın baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Kahramanmaraş vilayətinin Afşin rayonunda qeydə alınıb.

Yanğınsöndürənlərin 1 saatlıq müdaxiləsindən sonra yanğın söndürülüb.

Qeyd edək ki, sözügedən İES fevralın 6-da baş verən zəlzələ zamanı zədələnmişdi. O, mayın 10-da aparılan təmir-bərpa işlərindən sonra yenidən fəaliyyətə başlamışdı.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*