Türkiyənin Rusiyadan aldığı “S-400”lər istifadəyə hazırdır – İsmail Dəmirbackend

Türkiyənin Rusiyadan aldığı “S-400”lər istifadəyə hazırdır - İsmail Dəmir

Türkiyənin Rusiyadan aldığı “S-400” zenit raket kompleksləri istismara hazırdır.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Dəmir bildirib.

““S-400” istifadəyə hazırdır, silahlı qüvvələr belə bir ehtiyac yarandıqda qərar verəcəklər”- deyə Dəmir qeyd edib.

Bundan əlavə, müdafiə sənayesinin rəhbəri Vaşinqtonun kənarlaşdırma qərarına baxmayaraq, türk müəssisələrinin Amerikanın “F-35” qırıcılarının beşinci nəslinin yaradılması layihəsi çərçivəsində işlərini davam etdirdiyini bildirib.

Xatırladaq ki, Rusiya və Türkiyə 2017-ci ildə Moskvanın Ankaraya “S-400” komplekslərinin tədarükü üçün müqavilə imzalamışdılar. Türkiyə Rusiya Federasiyasından “S-400” sistemlərini alan ilk NATO ölkəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*