Türkiyə Sincar və Qəndildə də Qara hərəkatına bənzər əməliyyatlar apara bilər.
KONKRET.az xəbər verir ki, bu sözləri İraq Kürd Regional Rəhbərliyinin hərbi müşaviri Babəkir Zəbari deyib.
Zəbari Türkiyənin apardığı əməliyyatlardan xəbərsiz olduqlarını bildirib:
“Türkiyənin hədəfə çatdığını və PKK-ya ziyan vurduğunu deyə bilərik, ancaq bu zərərin miqyasını dəqiq bilmirik”.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri fevral ayının 10-dan “Pəncə Qartal-2” hərəkatına başlayıb.
