Səhhətində ciddi problem yaranan prodüser Sayqa Cahid müalicə üçün Türkiyəyə aparılıb.
KONKRET.az xəbər verir ki, müğənni Sevda Əliqızı prodüseri xəstəxanada ziyarət edib.
O bildirib ki, Sayqa özünü yaxşı hiss edir. Sayqa Cahid Bakıda böyrəyindən əməliyyat olunub.
Bildirilib ki, onun əməliyyatını uroloq-androloq Niyaməddin Əliyev və Qardaşxan Mamedov reallaşdırıb. Sayqa həkimlərin səhvi ucbatından səhhətinin pisləşdiyini söyləyib.
