Türkiyəyə qarşı XAİN PLAN – Sərhəddə 5 rusiyalı saxlanıldıbackend

Türkiyəyə qarşı XAİN PLAN - Sərhəddə 5 rusiyalı saxlanıldı

Türkiyənin Hatay şəhərinin Narlıca rayonu istiqamətində Suriyadan qeyri-qanuni yollarla ölkəyə girməyə çalışan 5-i Rusiya, 1-i Liviya vətəndaşı olmaqla 6 nəfər yaxalanıb.

KONKRET.az bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Saxlanılanlar arasında yer alan rusiyalı qadının İŞİD terror təşkilatının üzvü olmaqdan axtarışda olduğu bildirilib.

Xatırladaq ki, ötən gün qeyri-qanuni yollarla Suriyadan Türkiyəyə girməyə çalışan 3 Yeni Zelandiya vətəndaşı Hatay şəhərinin Reyhanlı rayonunda saxlanılıblar. Saxlanılanlar arasında İnterpolun mavi xətlə axtarışa verdiyi 26 yaşlı S.A. adlı İŞİD-çi qadın da olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*