Suriyada terorçuların dağıtdığı erməni kilsəsi ibadətə açılıb.
KONKRET.AZ türk mediasına istinadla xəbər verir ki, erməni camaatından Türkiyəyə təriflər yağıb.
Məlumatda qeyd edilir ki, Türkiyənin cənubunda keçirilən “Barış bulağı” əməliyyatı çərçivəsində bölgə terrorçulardan təmizlənib.
Xüsusilə də Tel Abyadda terrorçuların dağıtdığı erməni kilsəsi türk əsgərlərinin səyi nəticəsində yenidən bərpa edilərək ibadətə açılıb.
Bölgədə yaşayan erməni camaatı uzun müddətdir burda ibadət edə bilmədiklərini, Türkiyə sayəsində yenidən sərbəst şəkildə bura gələrək dini ayinlərini yerinə yetirə biləcəklərini deyib.
KONKRET.AZ
