KONKRET.AZ yerli mediaya istinadən xəbər verir ki, paytaxt Aşqabadın ən böyük bazarı sənədli filmin çəkilişləri üçün bağlanıb. Məsələ burasındadır ki, bazarda bolluq təəssüratı yaratmaq üçün bütün köşklər müxətlif məhsullarla doldurulub.
Aşqabadın ”Paraxat-7” mikrorayonunda sakinlər bazara buraxılmayıb. Alıcılar isə öz növbəsində nə edəcəyini bilməyiblər.
Alıcıların olmadığı bazarda kameralar quraşdırlıb. Burada bol tərəvəz, meyvə, un və un məhsulları, süd və süd məhsulları ilə bəzədilən piştaxtalar videolentə alınır, ət və ət məhsulları, yumurta və digər qidalarla zəngin ticarət yerləri haqqında film çəkilir. Çəkilişlərin isə məqsədi odur ki, yerli televiziyada əhaliyə bolluq haqqında film göstərilsin. Qeyd edək ki, 27 sentyabr Türkmənistanın Müstəqillik Günüdür. Verilişin məhz bayram günündə efirə getməsi planlaşdırılıb.
Qeyd edək ki, ölkədə hələ də yumurta və un məhsulları qıtlığı var. Bu isə həmin malların qiymətinin artmasına səbəb olub.
Hazırladı: Fadil PAŞAYEV
