KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistan Kənd Təsərrüfatı Nazirliyi Balkan, Daşoğuz, Lebap və Məryəm əyalətlərində Türkmən Alabayı cins itlərinin saxlanılması, çoxaldılması və seleksiyası üçün nəzərdə tutulmuş binalar kompleksinin layihələndirilməsi və tikilib tam təhvil verilməsi üzrə tender elan edib.

Xatırladaq ki, sentyabrın 13-də Prezident Qurbanqulu Berdıməhəmmədov “Türkmən Alabayı” kitabını təqdim etmişdi.
Sentyabrın 18-də isə Axal vilayətinin vəziri Sərdar Berdəməhəmmədov Ağ Buğda rayonunda alabaylar üçün “Türkmən alabay itləri” adlı it bağçası açmışdı. Oktyabrın 16-da məlum olmuşdu ki, Axalda alabayların yetişdirilməsi xərclərini banklar üzərlərinə götürüblər.
