TürkPA-nın adı dəyişdirildibackend

TürkPA-nın adı dəyişdirildi

Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) XI plenar iclası keçirilib.

KONKRET.az xəbər verir ki, görüşdə beynəlxalq təşkilatların nümayəndələri və TürkPA-ya üzv ölkələrin parlament nümayəndə heyətləri də iştirak ediblər.

İclasın əvvəlində TürkPA-ya sədrliyin Qazaxıstandan Qırğızıstana verilməsi mərasimi keçirilib.

Yekun olaraq TürkPA-nın 11-ci Baş Assambleyasının Çolpon-Ata Bəyannaməsi qəbul edilib.

XI plenar iclas çərçivəsində TürkPA-nın adının dəyişdirilərək Türkdilli Ölkələrin Parlament Assambleyası adlandırılması da qərara alınıb.

Həmçinin qurumun XII plenar iclasının 27-29 aprel 2023-cü il tarixlərində İstanbulda keçirilməsi qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*