“Twitter”dən ödənişli abunəçilər üçün YENİ FUNKSİYALARbackend

“Twitter”dən ödənişli abunəçilər üçün YENİ FUNKSİYALAR

“Twitter”in ödənişli abunəçilər üçün istifadəyə verdiyi “Twitter Blue”nun istifadəçiləri artıq sosial şəbəkədə 60 dəqiqəlik videolar yerləşdirə biləcəklər.

KONKRET.az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Tech Crunch” portalı məlumat yayıb.

Qeyd olunub ki, “Twitter Blue” abunəçiləri artıq 2 GB-a qədər həcmli, Full HD təsvir ölçülü 1 saatlıq videolar yükləyə bilərlər. Bundan əvvəl istifadəçilər 512 MB-dan çox olmayan 10 dəqiqəlik Full HD təsvir ölçülü videolar ilə kifayətlənməli olurdular.

Daha uzun videolarla yanaşı, “Twitter Blue” abunəçiləri həm də cavablarda üstünlük qazanırlar – onların yazıları indi pulsuz tarif istifadəçilərinin cavablarının üstündə görünəcək.

Qeyd edək ki, “Twitter Blue” İlon Maskın gəlişi ilə yenidən işə salınan ödənişli abunədir. Onun qiyməti ayda 8 ABŞ dollarıdır, lakin “App Store” yığımlarını kompensasiya etmək üçün iOS istifadəçiləri ayda 11 dollar ödəməli olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*