KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Ermənistanın Zvartnots hava limanında sərnişindən qızıl əşyalar oğurlanıb. Hava limanı polisinin məlumatına görə, noyabrın 15-də Moskvadan İrəvəna gələn Rusiya vətəndaşı Zvartnots hava limanının polis şöbəsinə şikayətlə müraciət edib. Müraciətdə bildirilir ki, çıxış salonundan çıxarkən sərnişin 1 milyon 900 min dram dəyərində qızıl əşyaların baqajından oğurlandığını görüb.
Üç hava limanının rəsmisi oğurluqda şübhəli bilinərək tutulub. Oğurlanmış əşyalar müsadirə edilib. Faktla bağlı cinayət işi açılıb.
