Ucarda “Prado” aşdı – Xəsarət alanlar varbackend

Ucarda "Prado" aşdı - Xəsarət alanlar var

Ucarda 3 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistralının Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Rza Ələkbər oğlu Ələkbərovun idarə etdiyi “Toyota Prado” markalı minik maşını yoldan çıxıb və su arxına aşıb. Nəticədə Bakı şəhər sakinləri, 1957-ci il təvəllüdlü Salatın Yaqub qızı Qurbanova, nəvələri – 2010-cu il təvəllüdlü Ayan Tural qızı Ələkbərli və 2014-cü il təvəllüdlü Mədinə Tural qızı Ələkbərli aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*