“Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma dinamikası müsbətə doğrudur, ölkədə gündəlik yoluxma faizində azalma müşahidə olunur. Nəzərə almaq lazımdır ki, ciddi karantin qaydaları və böyükmiqyaslı məhdudiyyətlər ləğv olunub. Vaksinasiya prosesi davam etdirilir, amma burada peyvənd vurduranların sayı və vaxt çox önəmlidir. Məsələn, 8 ay əvvəl vaksin olunmuş vətəndaşların immuniteti artıq azalmağa doğru gedir. Yəni ölkədəki ümumi vaksinləşmə göstəricisi vətəndaşları arxayınlaşdırmamalıdır”.
KONKRET.az xəbər verir ki, bu sözləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
Həkim bildirib ki, pandemiya ilə effektiv mübarizə aparmaq üçün əhalinin 70-80 faizi peyvəndlənməlidir:
Bu əlamətləri hiss etdikdə vətəndaş izolyasiya olunmalı və xəstəliyinin identifikasiyası üçün müvafiq həkimə müraciət etməlidir. Eyni zamanda, məktəblərin başlanması ilə əlaqədar olaraq bir məsələnin də aktuallığına diqqət çəkmək istəyirəm. Məktəbyaşlı uşaqlar arasında payız-qız aylarında bu və ya digər virus infeksiyaları sürətli yayılır. Valideynlərdən bu dövrdə həm övladlarının, həm də digər şagirdlərin səhhətinə həssas yanaşmağı, uşaqlarda əlamətlər hiss olunan zaman onları dərsə buraxmamağı xahiş edirik”./publika.az