Ukrayna azərbaycanlı qəhrəmanla vidalaşdı – FOTO / VİDEObackend

Ukrayna azərbaycanlı qəhrəmanla vidalaşdı - FOTO / VİDEO

Ukraynada qəhrəmancasına həlak olan azərbaycanlı döyüşçü Sabir Qəzənfərov dəfn olunub.

KONKRET.az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, Ukraynanın müdafiəsi uğrunda həlak olan azərbaycanlı ilə vida mərasimi keçirilib.

Sabir Qəzənfərov könüllü döyüşçü olub, Baxmut istiqamətində həlak olub. Onun həyat yoldaşı Katya da Ukrayna uğrunda döyüşür. Sabir könüllü dəstələrə qoşulub, Ramansk körpüsündə Rusiya ordusunun əsgərlərinin atəşə tutduğu uşaqları, qocaları, qadınları ölümdən xilas edib. Bundan əlavə, Buçada yaşanan faciədə insanlara yardım edib.

Qeyd edək ki, Ukrayna uğrunda döyüş şəraitində həyatını itirən həmyerlilərimizin sayı 30-a yaxındır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*