backend

Ukrayna bu səbəbdən hərbi planlarını DƏYİŞDİ

Pentaqonun gizli sənədlərinin internetə sızmasından sonra Ukrayna bəzi hərbi planlarını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN Ukrayna Prezidenti Volodimir Zelenskiyə yaxın mənbəyə istinadən məlumat yayıb.

Telekanal hərbi planlarda hansı dəyişikliklərin edildiyini açıqlamayıb.

Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə ABŞ kəşfiyyatının gizli sənədləri yayılıb. Əvvəlcə Ukraynanın əks-hücum planlarına dair materiallar dərc edilib. Çin və Yaxın Şərqlə bağlı sənədlər isə sonradan paylaşılıb.

ABŞ Ədliyyə Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*