Ukrayna hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyasına əməl etmək niyyətində olmadığını Böyük Britaniyanın diqqətinə çatdırıb. Bu barədə Rusiya kəşfiyyatı məlumat yayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyi sonradan bu məlumat sızıntısını saxta adlandırıb. Lakin ona etibar etmək olarmı?
Bu barədə Rusiya Elmlər Akademiyasının hərbi müxbir üzvü Vladimir Kozin məqalə yazıb.
“Əgər sızılan kəşfiyyat məlumatları doğrudursa, nəinki Moskvada, hətta Nyu-Yorkda – BMT-nin mənzil-qərargahında, Təhlükəsizlik Şurasında hay-küy salmaq lazımdır. Bu arada Rusiya hərbi əsirlərlə rəftarla bağlı bütün Cenevrə konvensiyalarını yerinə yetirir” – Kozinin açıqlamalarında qeyd olunur.
“Ümumiyyətlə, biz bu danışıqlara həddən artıq güvənirik. Hamıya bildiririk ki, orada müəyyən irəliləyiş əldə olunub, sonra isə bunu Zelenski yaxud onun xarici işlər və müdafiə nazirləri təkzib edirlər. Ona görə də sülh müqaviləsi imzalana, eləcə də bunu Ukrayna prezidenti və ya Ali Radası təsdiqləyənə qədər biz hər hansı irəliləyişdən danışa bilmərik” – müəllif vurğulayır.
Məlumatda bildirilir ki, Ukrayna tərəfdən müəyyən təkliflər alınıb. Onlar öyrəniləcək və təhlil ediləcək: “Bunlar fırıldaqçılardır. Bizdən qaz oğurladılar. Yanukoviçin dövründə onlara üç milyard dollar verdik, amma qaytarmaq istəmirlər. Ona görə də Ukraynaya qazın verilməsinə ehtiyac yoxdur. Ümumiyyətlə Rusiya qazını Avropa ölkələrinə çatdırmaq üçün Ukrayna ərazisindən transit kimi istifadə etməyə gərək yoxdur. Ukrayna nümayəndələrinin sadəcə olaraq Rusiya heyəti ilə danışıqlar aparmaq mandate mövcud deyil. Onlar daim tərkiblərini dəyişirlər, bəzən bu və ya digər sənədləri təqdim etmirlər. Məlum olur ki, bizim üçün çoxlu tələlər var. Biz nədənsə İstanbuldakı təklifləri böyük irəliləyiş kimi təqdim edirik. Amma orada heç bir irəliləyiş yoxdur və olmayacaq” – Vladimir Kozin fikirlərini yekunlaşdırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
