Ukrayna Xarici İşlər Nazirliyi Kiyevin Rusiyadakı səfirini təyin etmək niyyətində olmadığını və Moskvadan müvafiq sorğu alınmadığını bildirib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
Bundan əvvəl bir sıra KİV-lər Rusiya tərəfinin Rusiya Federasiyasının Ukraynadakı səfiri vəzifəsinə namizədlərə baxdıqlarını bildirmişdilər. Səfirin ölkənin baş nazirinin müavini Dmitri Kozak olacağı güman edilirdi.
“Hazırda Ukraynanın Rusiya Federasiyasındakı diplomatik qurumunun rəhbərinin vakant vəzifəsinin doldurulması planlaşdırılmır”. Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında belə deyilir.
Həmçinin, Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Federasiyasından yeni səfir təyin edilməsi ilə bağlı sorğu almadıqlarını təsdiqləyib.
Babək Göyüş
KONKRET.az
