Ukrayna liderinin Almaniya prezidentinə cavabı insident yaratdı: Ştaynmayer Zelenskidən izahat TƏLƏB ETDİbackend

Ukrayna liderinin Almaniya prezidentinə cavabı insident yaratdı: Ştaynmayer Zelenskidən izahat TƏLƏB ETDİ

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukrayna lideri Volodimir Zelenski ilə söhbətində israrla Kiyevə səfərinin ləğvi ilə bağlı izahat tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri etibarlı  mənbələrə istinadən məlumat yayıb.

Qəzet qeyd edib ki, Ştaynmayerin aprel ayında Ukrayna lideri ilə görüşdən imtina etməsi Zelenskinin bu addımı atması ilə nəticələnib.  Siyasi ekspertlər isə Ukrayna prezidentinin bu əzmkarlığına təəccüblərini gizlətməyiblər.

Xatırladaq ki, Ştaynmayer aprel ayında Polşa, Litva, Latviya və Estoniya prezidentləri ilə birlikdə Ukraynaya “Ümumavropa həmrəyliyini” nümayiş etdirmək üçün səfər etməli idi. Lakin sonda alman siyasətçi Kiyevə səfərə getməyib. O, səfərdən imtinasını Ukrayna hakimiyyətinin bunu istəməməsi və belə reaksiyaya hazır olmaması ilə izah edib.

Almaniyanın “Bild” qəzetindəki mənbə Kiyevin son illərdə Rusiya ilə “yaxın əlaqələri”nə və “Şimal axını 2” qaz kəməri layihəsinə verdiyi dəstəyə görə Ştaynmayeri qəbul etməkdən imtina etdiyini açıqlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*