Ukrayna mətbuatı: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldıbackend

Ukrayna mətbuatı: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı

Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünü işğalçılardan azad etməsi barədə materiallar yayıb.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukrinform informasiya agentliyində, “QORDON”, “Segodnya”, “Korrespondent” portallarında dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24” telekanallarında yayımlanan reportajlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bununla bağlı özünün rəsmi “Twitter” səhifəsində yazdığı statusu qeyd edilib.

“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”, – deyə Ukrayna mətbuatı Azərbaycan Prezidentinə istinadla yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*