Ukrayna müharibəni tez bitirməyə tələsmir, nəyə güvənir? – Mümkün 4 SENARİbackend

Ukrayna müharibəni tez bitirməyə tələsmir, nəyə güvənir? - Mümkün 4 SENARİ

3 həftədir davam edən müharibə Ukraynaya yüz milyardlarla dollar ziyan vursa da, Ukrayna savaşın əvvəlindəki kimi müharibəni bitirməyə tələsmir. Belə deyək, pis olan baş verib, bundan sonra daha pisi ola bilər. Bununla belə, Kiyev hazırda pislər arasında maksimalist seçim edir. Demək ki, nəyə isə arxayındır və mümkün ağır nəticələri gözə alıb. Dünən Financial Times yazdı ki, guya Ukrayna Rusiyanın şərtlərinə qismən razılaşmaqla atəşkəs imzalamağa hazırlaşır, ardınca Ukrayna XİN bəyan etdi ki, Krım da daxil bütün ərazilər azad edilənə kimi müharibə davam edəcək.

ABŞ həftə ərzində Ukraynaya 1 milyard dollar dəyərində 800 hava hücumundan müdafiə, 9 min tank əleyhinə sistemlər, kamikadze PUA-ları, 7 min atıcı silah, 20 milyon sursat, həmçinin post-Sovet ölkələrindən qalma Osa, S-300 və digər HHM sistemləri göndərir. Artıq Rusiya aviasiyası Ukrayna səmalarında ilk günkü kimi rahat uça bilmir. Təkcə dünən gün ərzində Rusiyanın 10 aviasiya vasitəsi xüsusən də yeni nəsil qırıcıları vuruldu.
Rusiyanın müharibədəki itkiləri durmadan artdığı üçün işğal etdiyi Cənubi Osetiyadakı (Gürcüstan) canlı qüvvə və texnikasının bir qismini Ukraynaya dislokasiya edilir. Moskva uzun müddətli müharibənin onun ordusu və iqtisadiyyatı üçün ağır və dağıdıcı nəticələrə səbəb olacağını anlayır ona görə də müharibəni bitirməyə, Qərb isə uzatmağa çalışır. Hətta fikir vermisinizsə rus diplomat və hərbçiləri 20 gün öncəsindəki qədər sərt ultimatum ritorikasından çəkilib, daha yumşaq şərtlər irəli sürür?!

Bəs bu savaş hansı senari ilə sonlana bilər?

1. Əvvəldə hamının gözlədiyi kimi Rusiyanın mütləq qələbəsi.
2. Uzun sürən yorucu müharibədən Rusiyanın məğlub ayrılması
3. Qarşılıqlı güzəştlərlə atəşkəs və ya sülh
4. Və sonuncu versiya. Rusiya məğlubiyyəti etiraf etmədən, sadəcə əməliyyatın məqsədi Ukrayna hərbi infrastrukturunu vurmaq idi deyərək heç bir sənəd imzalamadan geri çəkilməsi.

Əli Məhərrəmli

 

KONKRET.az

  • Aslan
    Mart 17, 2022 - 11:17

    Durmaq yox savaşa davam, bu fürsət yüz ildə bir ələkeçər, Qərb belə gürsəti əldən verməz, rhsya bitirilənə qədər davam edəcək, rusya boybu bükük, beli qırılmış bir vəziyətdə ateşkəs istəyəcək, sülh üçün yalvaracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*