İki pilotsuz təyyarənin hücumu nəticəsində Rostov vilayətində yanacaq anbarında iki partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vasili Qolubev bildirib.
“Bu səhər iki PUA-nın hücumu nəticəsində Proletarski rayonundakı yanacaq anbarında iki partlayış baş verib, lakin bu, yanacağın yanmasına səbəb olmayıb. Xəsarət alan olmayıb”, – o, özünün şəxsi teleqramında yazıb.
Günel Mikayılova,
KONKRET.az