Ukrayna Prezidenti baş nazirin istefasını qəbul etmədibackend

Ukrayna Prezidenti baş nazirin istefasını qəbul etmədi

Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Qonçarukun Baş Nazir postundan istefasını dəstəkləməkdən imtina edib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Dövlət başçısı Baş Nazirə şans vermək qərarına gəlib. Zelenski hökümətdə zəif bəndlərin tapılmasının və onların dəyişdirilməsinin zəruriliyində israr edir.

Xatırladaq ki, Aleksey Qonçaruk yanvarın 17-də vəzifəsindən istefa verib. O, istefasını hökumət iclaslarının audio yazılarının yayımlanması ilə əlaqələndirib. Bildirib ki, bunlar quramadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*