Rusiya-Ukrayna danışıqları başa çatıb.
KONKRET.az xəbər verir ki, 5 saata yaxın davam edən görüşün nəticəsi ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
18:58
Ukrayna ilə Rusiya arasında danışıqlar davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin müşavirinə istinadən məlumat yayılıb.
Məlumata görə, bir neçə dəqiqədən sonra danışıqların üçüncü raundu başlayacaq.
***
18:40
Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlarda fasilə elan edilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.
Görüş fasilədən sonra davam edəcək.
***
17:42
Belarusda keçirilən Ukrayna-Rusiya danışıqları başa çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Strana.today saytı məlumat yayıb.
Rusiya KİV-i isə danışıqların hələ davam etdiyini bildirir.
Danışıqlarda əldə olunan nəticə barədə rəsmi açıqlama hələ verilməyib.
***
14:26
Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.
Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir. Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yeri açıqlanmır.
Qeyd olunub ki, Rusiyanın nümayəndə heyəti hələ ötən gün Belarusa gəlmişdi.
***
12:47
Ukrayna nümayəndə heyəti Rusiya nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Ukrayna-Belarus sərhədi ərazisinə gedib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radanın deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir.
Rusiyanın heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.
Danışıqların əsas məsələsi dərhal atəşkəs və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır.
