Ukrayna Rusiyanın itkilərini AÇIQLADI – FOTObackend

Ukrayna Rusiyanın itkilərini AÇIQLADI – FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 35 minə yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiyanın 1 552 ədəd tankı, 3 687 ədəd zirehli döyüş maşını, 771 ədəd artilleriya sistemi, 243 ədəd reaktiv yaylım atəş sistemi, 93 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 184 ədəd helikopteri, 139 qanadlı raketi, 2 575 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 636 ədəd dronu və 60 ədəd xüsusi texnikası məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*