Ukrayna Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri Rusiyaya məxsus Su-34 təyyarəsini vurub.
KONKRET.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Oleksandr Pavlyuk məlumat yayıb.
O bildirib ki, Rusiya təyyarəsi Stinger MANPADS vasitəsilə vurulub:
“Saat 8:15 radələrində Buçansk vilayətində Ukrayna Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri düşmənin SU-34 qırıcı-bombardmançı təyyarəsini vurublar. Təyyarə Rusiya tərəfindən işğal olunmuş əraziyə düşüb”.
Vəsilə İbrahim,
KONKRET.az
