Ukrayna səfiri Qazaxıstanın tələbi ilə Nur-Sultanı TƏRK ETDİbackend

Ukrayna səfiri Qazaxıstanın tələbi ilə Nur-Sultanı TƏRK ETDİ

Ukraynanın Qazaxıstandakı səfiri ölkə hakimiyyətinin tələbi ilə Nur-Sultanı tərk edərək Varşavaya uçub.

KONKRET.az xəbər verir ki, bu barədə cümə axşamı TASS-a vəziyyətlə tanış olan mənbə bildirib.

Ukraynanın Qazaxıstandakı səfiri Petr Vrublevski Qazaxıstan hakimiyyətinin tələbi ilə respublikanı tərk edib.

“Rusları öldürməyə” çağıran Ukrayna səfiri Qazaxıstan hakimiyyətinin tələbi ilə Qazaxıstanı tərk edib. O, səhər Polşa aviaşirkətinin Varşava reysi ilə havaya qalxıb”, – deyə məlumatda bildirilir.

Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti daha əvvəl ukraynalı diplomatın sözlərinə hüquqi qiymət verəcəklərini bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*