Ukrayna Zelenski-Putin görüşünə hazırdır – Kulebabackend

Ukrayna Zelenski-Putin görüşünə hazırdır - Kuleba

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyədə Ukrayna və Rusiya Federasiyası nümayəndə heyətləri arasında keçirilən danışıqlarda düzgün ab-hava yaratdığını bildirib.

KONKRET.az Unian-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna XİN rəhbəri Dmitri Kuleba səsləndirib.

“Biz Türkiyə prezidentinə göstərdiyi səylərə görə minnətdarıq. Onun Ukrayna və Rusiya arasında danışıqlar prosesinə şəxsən diqqət yetirməsi sayəsində prosesi Belarusdan Türkiyəyə keçirmək mümkün oldu. Bu, birmənalı müsbət qərardır” – deyə Kuleba bildirib.

Dmitri Kuleba qeyd edib ki, ölkəsi Türkiyədə prezidentlər Zelenski və Putin arasında görüş təşəbbüsünü alqışlayır və buna hazırdır.

Günel Mikayıl

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*