Ukraynada daha bir azərbaycanlı həlak oldu – FOTObackend

Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada gedən döyüşlərdə əslən azərbaycanlı olan hərbçi həlak olub.

KONKRET.az xəbər verir k, Kirovoy Roq şəhəri azərbaycanlılar Konqresinin sədri Rəmzi Rzayevin “Report”un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, bu, əslən Azərbaycanın Balakən rayonundan olan, Ukrayna vətəndaşı Əliyev Rüstəm Ramazan oğludur.

O, Xerson istiqamətində Knyazovka rayonunda artilleriya atışmaları nəticəsində həlak olub.

R.Rzayev bildirib ki, daha bir azərbaycanlı da bundan əvvəl həlak olub.

Konqres onların dəfni, ailələrinə dəstək məsələlərində yaxından iştirak edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*