Ukraynada erməni nazir hərəkətə keçdi – Bu ölkə Ermənistanla əməkdaşlığı dərinləşdirirbackend

Ukraynada erməni nazir hərəkətə keçdi – Bu ölkə Ermənistanla əməkdaşlığı dərinləşdirir

Ukrayna və Ermənistan hüquq-mühafizə sahəsində əməkdaşlıq edəcək. Konkret.az AnalitikaUA.net-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov və Ermənistanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Seyranyanın görüşündə qeyd olunub.

Görüşdə tərəflər hüquq-mühafizə sahəsində birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Biz Ermənistanın Avropaya inteqrasiya yolunu dəstəkləyirik və polis, sərhəd xidməti və xilasetmə sahələrində islahatlara kömək etməyə hazırıq”, deyə Arsen Avakov bildirib.

Ukrayna və Ermənistan Daxili İşlər Nazirliyi mülki təhlükəsizlik sahəsində də əməkdaşlıq edir. Ukraynadakı böyük erməni icmasının həyatı ilə bağlı problemlərin həlli də əməkdaşlığın tərkib hissəsidir.

Ukrayna Erməniləri Birliyinin rəhbəri Vilen Şatvoryan əvvəllər təşkilatın Ermənistan-Ukrayna münasibətlərinin möhkəmlənməsi üçün əlindən gələni etdiyini deyib.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*