Ukraynada həlak olan 4 azərbaycanlı Göygöldə dəfn edildi – VİDEObackend

Ukraynada həlak olan 4 azərbaycanlı Göygöldə dəfn edildi - VİDEO

Ukraynada hələk olan azərbaycanlıların cənazəsi 18 gündən sonra vətənə gətirilib.

KONKRET.az xəbər verir ki, onlar doğulduqları Göygöl rayonundan dəfn ediliblər.

Qeyd edək ki, fevralın 27-də Odessa vilayətindən Moldova istiqamətində hərəkət edən azərbaycanlıların 8 avtomobildən ibarət karvanı naməlum şəxslər tərəfindən atəşə tutulub.

Azərbaycan vətəndaşları olan 1976-cı il təvəllüdlü İsmayılov Neymət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim və 1995-ci il təvəllüdlü İsmayılov Qabil həlak olublar. Həmçinin, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib.

09:38

Fevralın 27-də Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilmiş azərbaycanlıların nəşləri Gəncənin Gülüstan qəsəbəsinə gətirilib.

KONKRET.az-ın APA-ya istinadən xəbərinə görə, onlar bu gün Göygöldə dəfn olunacaqlar.

Xatırladaq ki, 27 fevral tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq həmyerlimiz 8 avtomobildə Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd-keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. İsmayılov Rəhim Əli oğlu, onun qardaşları Nemət İsmayılov və Azər İsmayılov hadisə yerində həlak olublar, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Həmin şəxslər əslən Kəlbəcər rayonundandırlar və Gəncə şəhərində məskunlaşıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*