Ukraynada 11 müəssisənin korporativ hüquqlarına və daşınmaz əmlakına həbs qoyulub. Bu şirkətlər arasında Rusiyanın dövlət korporasiyaları – “Rosneft”, “Rosatom” və “Qazprom” da yer alıb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən yayıb.
Həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib ki, həmin müəssisələrin gəlirlərinin bir hissəsi Rusiya tərəfindən Ukraynaya qarşı aparılan təcavüzkar müharibəsinin hazırlanması və aparılmasına, habelə təxribat və kəşfiyyat qruplarının fəaliyyətinin maliyyələşdirilməsinə yönəldirilib.
Məhkəmə tərəfindən həbs edilən korporativ hüquqların təxminən ümumi dəyəri 2,1 milyard qriveni ötür. Həmçinin, onların sahib olduqları 46 daşınmaz əmlak da müsadirə edilib.
Roman Göytürk,
KONKRET.az
