Ukraynada Rusiyanın Su-25 hücum təyyarəsi VURULDUbackend

Ukraynada Rusiyanın Su-25 hücum təyyarəsi VURULDU

İyunun 24-də Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiyanın Su-25 hücum təyyarəsini vurub. O cümlədən Xarkov vilayətində Kiyevin zərbə aviasiyası rusların 8 piyada döyüş maşınını, canlı qüvvəsini, cənub sərhədlərində isə sursat anbarını məhv edib.

KONKRET.az “Ukrainskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

“İyunun 24-də Su-25 və Su-24M qırıcı təyyarələrimiz İzyum istiqamətinə bir neçə hava zərbəsi endiriblər. Nəticədə rus ordusunun içərisində canlı qüvvəsi olan 8 piyada döyüş maşını məhv edilib.

Cənub sərhədlərində rus işğalçılarının daha bir sursat anbarı zərərsizləşdirilib.

İyunun 24-də Hava Desant Hücum Qüvvələrinin hava hücumundan müdafiəsi Rusiyanın daha bir Su-25 hücum təyyarəsini vurub”, – Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir.
Bildirilir ki, iyunun 24-də ruslar uzaqdan aviasiyadan istifadə etməklə, Ukrayna ərazisinə raket zərbələri endiriblər.

Həmçinin Rusiya qoşunları bütün cəbhə xətti boyunca, eləcə də ölkə daxilində müxtəlif tipli PUA-lardan istifadə etməklə hava kəşfiyyatı aparıblar. İyunun 24-də Kiyev vilayətində Hərbi Hava Qüvvələrinin zenit-raket bölməsi tərəfindən əməliyyat-taktiki səviyyəli bir Rusiya PUA-sı vurulub.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*