Ukraynada separatçılar səfərbərlik elan etdibackend

Ukraynada separatçılar səfərbərlik elan etdi

Separatçı “DXR” rəhbəri Denis Puşilin və separatçı “LXR” rəhbəri Leonid Paseçnik ümumi səfərbərlik haqqında fərman imzalayıblar.

KONKRET.az xəbər verir ki, səfərbərlik Ukrayna hökuməti tərəfindən separatçı “LXR”-ə qarşı təcavüzün dəf edilməsinə şərait yaratmaq məqsədilə elan edilib. Fərman “LXR” Xalq Milis hissələrinin, digər hərbi və xüsusi təyinatlı birləşmələrin tam döyüş hazırlığına gətirilməsini, habelə onların döyüş vaxtı heyətinə uyğun kadr təminatının təmin edilməsini nəzərdə tutur. Separatçı “LXR” rəhbəri həmçinin 18 yaşdan 55 yaşa qədər kişilərin respublikadan kənara çıxmasına qadağa qoyub.

Ukrayna mətbuatının Birləşmiş Qüvvələrin Baş Qərargahının mətbuat mərkəzinə istinadən verdiyi məlumatına görə, son sutka ərzində separatçı “LXR” və “DXR” tərəfindən Ukrayna Silahlı Qüvvələrinin mövqeləri 66 dəfə atəşə tutulub.

“Son sutka ərzində, fevralın 18-də Rusiya Federasiyasının silahlı birləşmələri tərəfindən 66 qanun pozuntusu qeydə alınıb, onlardan 52-si Minsk razılaşmaları ilə qadağan edilmiş silahlardan istifadə etməklə olub”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*