Ukraynalı diversantlar Rusiyanın Bryansk vilayətinə daxil olub – VİDEObackend

Ukraynalı diversantlar Rusiyanın Bryansk vilayətinə daxil olub – VİDEO

Ukrayna ordusunun diversiya qrupu Rusiyanın Bryansk vilayəti ərazisinə daxil olaraq sərhəddəki sərhəd-keçid məntəqəsini atəşə tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı yazıb.

İlkin məlumata görə, bu, Bryansk vilayətinin Podyvotye kəndi yaxınlığında baş verib. Nəticədə döyüş başlayıb və onların yerləşdiyi ərazi qumbaraatanlardan və haubitsalardan atəşə tutulub.

Səhər saat 5 radələrində başqa bir kəndin, Belaya Beryozkanın sakinləri partlayış səsləri eşidiblər və havaya qalxan tüstünü görüblər.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*